"Trabzonspor" Şimali Makedoniyalı futbolçu ilə yolları ayırdı

"Trabzonspor" Enis Bardhi ilə müqavilənin ləğv olunduğunu açıqladı.
90plus.az xəbər verir ki, "Trabzonspor"un açıqlaması belədir:
"Şirkətimiz ilə peşəkar futbolçumuz Enis Bardhi arasında 11.08.2022-ci il tarixində başlayıb, 31.05.2025-ci il tarixində başa çatması nəzərdə tutulan peşəkar futbolçu müqaviləsi qarşılıqlı razılıq əsasında ləğv edilmişdir. Bağlanan razılaşmaya əsasən, oyunçuya hər hansı bir ləğv təzminatı ödənilməyəcəkdir."
BU MÖVSÜMDƏKİ PERFORMANSI
29 yaşlı futbolçu bu mövsüm "Trabzonspor"da yalnız 13 oyunda iştirak edib və 1 məhsuldar ötürmə ilə aşağı performans göstərib.
© Copyright 2025, All Rights Reserved