“Trabzonspor”dan türk hakimliyinə sərt tənqid

“Trabzonspor”dan hakim narazılığı gəldi.
90plus.az xəbər verir ki, “Trabzonspor” rəhbərliyi və baş məşqçisi Fatih Tekke “Fənərbağça” ilə keçirilən görüşdən sonra hakimlikdən ciddi narazılıq bildirib. Superliqanın mərkəzi qarşılaşmasında İstanbul klubu 1:0 hesabı ilə qalib gəlib.
Matçdan sonra mətbuata açıqlama verən Fatih Tekke sərt çıxış edib:
“Ölkədə futbol oynanmır, xaos var! Ancaq ‘Fənərbağça’ – ‘Qalatasaray’… ‘Beşiktaş’a da icazə verilmir. Bizə isə heç vaxt icazə verilmir! Çox rahat qazana biləcəyimiz bir oyun idi, amma icazə verilmədi. Bizim mübarizəmiz davam edəcək. Qaradəniz inadkarlığı oyunla birlikdə davam edəcək, xaosla yox. Qorxmaz, dürüst insanlar bəzi şeyləri deməli və dəyişməlidir. Ədalət bu torpaqlarda yaşayan insanlara bu qədərmi uzaqdır?! İnşallah düzələr”.
Baş hakimə "Fənərbağça" formasını geyin" deyən "Trabzonspor" kapitanı Stefan Saviç:
"Bu gün meydanda “Trabzonspor” uduzmadı. Bu gün Türk futbolu uduzdu. Türk futbolunun ən böyük problemlərini meydanda gördünüz. Meydanda futbol oynanmadı. Hər şey pisə doğru gedir. Oyun oynanmadığı üçün məğlubiyyətdən danışa bilmərik". 🔗beIN Sports
VİDEO: https://t.me/doxsanplus/107658
Klub prezidenti Ertuğrul Doğan da futbolçuları dəstəkləyib:
“Bütün oyunçularımı təbrik etdim və qucaqladım. Onlara qələbə mükafatı verdim”.
Bu məlumatı Sporx yayıb.
© Copyright 2025, All Rights Reserved