"Trabzonspor"un futbolçusu mövsümü erkən bitirdi
Türkiyənin “Trabzonspor” klubu “Göztəpə” ilə önəmli oyundan əvvəl ciddi itki ilə üzləşib.
90plus.az xəbər verir ki, komandanın milli müdafiəçisi Rayyan Baniya təcili əməliyyat olunub. 26 yaşlı futbolçuda sol qamış sümüyündə stres sınığı aşkar edilib və həkimlərin bildirdiyinə görə, zədənin ağırlığı gözləniləndən çoxdur. Əgər möcüzə baş verməsə, müdafiəçi mövsümü başa vuracaq.
Qeyd: Baniya bu mövsüm cəmi 6 oyunda iştirak edib və məhsuldar göstərici ilə yadda qalmayıb. Onun klubla müqaviləsi 2027-ci ilədək davam edir.
© Copyright 2026, All Rights Reserved