Tramp Messi və komandasını qarşılayıb
Donald Tramp "İnter Mayami"ni Ağ Evdə qarşılayıb.
90plus.az xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp MLS Kubokunu qazanan "İntee Mayamu" komandasını Ağ Evdə qəbul edib. Görüşdə həm oyunçular, həm də klub rəhbərliyi iştirak edib.
Lionel Messi də görüşdə iştirak edərək prezidentlə tanış olub. Klubun hədiyyəsi olaraq Trampa arxasında “Trump 47” yazılan Inter Miami forması təqdim olunub. MLS Kuboku isə görüş masasında, yanında klubun çəhrayı futbol topu və forma ilə birlikdə nümayiş etdirilib.
Görüşdə klubun həmtəsisçisi Devid Bekhem iştirak etməyib. O, hazırda həyat yoldaşı Viktoriya Bekhem ilə birlikdə Paris Moda Həftəsindədir.
Qeyd: "İnter Mayami" 2025-ci ildə ilk dəfə MLS Kubokunu qazanıb.
© Copyright 2026, All Rights Reserved