Trevis Skott yeni mahnısında “Qalatasaray”dan bəhs etdi

Dünyaca məşhur amerikalı repçi və prodüser Trevis Skott CekBoys ilə birgə hazırladığı “2000 Excursion” adlı yeni duetində Türkiyənin nəhəng futbol klubu “Qalatasaray”ın adını çəkib.
90plus.az xəbər verir ki, yeni mahnı çıxan kimi musiqisevərlər tərəfindən böyük maraqla qarşılanıb. Skottun “Mən qolları Pelə, Zizu, Jinola, Qalatasaray kimi vururam” (“I score goals like Pelé, Zizou, Ginola, Galatasaray”) ifadəsi sosial şəbəkələrdə gündəm olub.
Mahnının yayımlanmasından cəmi 1 gün sonra “YouTube” platformasında 3 milyon baxış sayı toplaması, həm Trevis Skottun populyarlığını, həm də “Qalatasaray” klubuna olan beynəlxalq marağı bir daha nümayiş etdirib.
© Copyright 2025, All Rights Reserved