Trippier "Nyukasl"dan ayrılır
Kiran Trippyer mövsümün sonunda "Nyukasl"dan ayrılacaq.
90plus.az xəbər verir ki, bu barədə insayder Fabrizio Romano məlumat yayıb.
İngiltərə millisinin üzvü Premyer Liqa təmsilçisi ilə yayda başa çatan müqaviləsini uzatmayacaq. 35 yaşlı sağ cinah müdafiəçisi azad agent kimi komandadan ayrılacaq.
Qeyd: "Nyukasl" Kiran Trippyeri 2022-ci ilin yanvarında "Atletiko"dan 14 milyon avroya transfer edib. Təcrübəli futbolçu bu mövsüm "sağsağanlar"ın heyətində keçirdiyi 34 rəsmi oyunda 4 məhsuldar ötürmə ilə yadda qalıb.
© Copyright 2026, All Rights Reserved