Trossrad “Arsenal”ın liderliyini möhkəmləndirdi
“Arsenal” “Fulhem” səfərində qalib gəldi və liderliyini möhkəmləndirdi.
90plus.az xəbər verir ki, “Arsenal” Premyer Liqanın 9-cu turunda səfərdə “Fulhem”i 1:0 hesabı ilə məğlub edib və turnir cədvəlində liderliyini davam etdirib.
Matçın yeganə qolunu 58-ci dəqiqədə Leandro Trossard vurub. Bukayo Sakanın künc zərbəsindən sonra müdafiəçi Qabriel topu başla uzaq dirəyə yönləndirib, Trossard isə fürsəti qaçırmayaraq yaxın məsafədən fərqlənib.
Fulhem 0 - 1 Arsenal
Leandro Trossard 58'
Qol: https://t.me/doxsanplus/109285
Matçın əvvəlində meydan sahibləri daha fəal təsir bağışlayıb — Harri Uilson və Coş Kinqin zərbələrini David Raya əla qurtarışlarla dəf edib. İlk hissədə Rikardo Kalafiorinin vurduğu qol ofsayd səbəbindən sayılmayıb.
Kapitan Martin Edeqorun zədələnməsi səbəbindən Mikel Arteta bu görüşdə onun yerinə Ebereçi Ezeni start heyətinə daxil edib.
Qələbədən sonra “Arsenal” xallarını 23-ə çatdıraraq ikinci pillədəki “Mançester Siti”dən 3 xal irəlidə qərarlaşıb. “Liverpul” isə 19 xalla üçüncü yerdədir. Arne Slotun komandası bazar günü “Mançester Yunayted”i qəbul edəcək.
© Copyright 2025, All Rights Reserved