“Tülkülər” Nistelroyu rəsmən elan etdi
İngiltərə Premyer Liqasının “Tülkülər”i ( "Lester Siti" ) baş məşqçi vəzifəsinə hollandiyalı baş məşqçi Ruud van Nistelroyu rəsmən təyin edib.
90plus.az xəbər verir ki, 48 yaşlı niderlandlı ilə 2,5 illik müqavilə bağlanıb.
Van Nistelroy "Lester"də Stiv Kuperi əvəzləyib. Klub hazırda ölkə çempionatında 10 xalla 16-cı yerdədir.
MƏŞQÇİ KARYERASI:
Hollandiyalı Yonq PSV, PSV və sonuncu Mançester Yunayteddə köməkçi məşqçi və müvəqqəti baş məşqçi vəzifələrində çalışıb. Müvəqqəti baş məşqçi olanda Liqa Kuboku və Premyer Liqada 2 dəfə "Lester"i məğlub edib.
© Copyright 2026, All Rights Reserved