“Turan” “Kəpəz”i udmadı
Qərb derbisində qalib müəyyənləşmədi.
90plus.az xəbər verir ki, Azərbaycan Premyer Liqasının 24-cü turunda qərb derbisi baş tutub. Gəncədə keçirilən qarşılaşmada “Kəpəz” öz meydanında “Turan”ı qəbul edib.
Gərgin mübarizə şəraitində keçən oyunda qalib müəyyənləşməyib. Matç 1:1 hesablı heç-heçə ilə başa çatıb.
Hesabı qarşılaşmanın 55-ci dəqiqəsində Rauf Hacıyev açıb və “Kəpəz”i önə keçirib. Lakin qonaqlar bu qola tez cavab veriblər. “Turan”ın heyətində Junior Santos 61-ci dəqiqədə fərqlənərək tarazlığı bərpa edib.
Qalan dəqiqələrdə tərəflərin səylərinə baxmayaraq, hesab dəyişməyib və komandalar hərəyə bir xalla kifayətləniblər:
Kəpəz 1 - 1 Turan
R. Hacıyev 55’
Junior Santos 61’
Qollar: https://t.me/doxsanplus/115360
Bu nəticədən sonra Tovuz təmsilçisi turnir cədvəlində 3-cü pillədə qərarlaşıb. Gəncə təmsilçisi isə 10-cu sırada yer alır.
© Copyright 2026, All Rights Reserved