"Turan" Moskva klubundan futbolçu aldı
“Turan Tovuz” Rusiyanın “Lokomotiv” (Moskva) klubuna məxsus olan Mark Mampassini heyətinə qatıb.
90plus.az xəbər verir ki, müdafiəçi mövsümün sonunadək icarə müqaviləsi ilə bölgə klubunda çıxış edəcək.
Donetsk “Şaxtyor”unun yetirməsi olan 22 yaşlı futbolçu indiyədək Ukraynada “Mariupol”, Türkiyədə “Antalyaspor”, Belçikada isə “Kortriyk” klublarının şərəfini qoruyub.
O, Ukrayna Premyer Liqasında “Mariupol”un heyətində 21 matçda meydana çıxıb. Müdafiəçi həmçinin Belçika Yüksək Liqasında 35, Rusiya Premyer Liqasında isə 18 oyunda iştirak edib. Ümumilikdə karyerası ərzində 87 qarşılaşmada forma geyinən mərkəz müdafiəçisi 1 qol vurub və 3 məhsuldar ötürmə ilə yadda qalıb.
© Copyright 2026, All Rights Reserved