"Turan Tovuz" Polşa klubuna uduzdu
Türkiyənin Antalya şəhərində hazırlıq toplanışı keçirən “Turan Tovuz” klubu yoxlama matçına çıxıb.
90plus.az xəbər verir ki, qərb təmsilçisi Polşanın “Poqon” komandası ilə qarşılaşıb.
Görüş rəqibin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb. “Turan Tovuz”un heyətində qolları Ayxan Hüseynov (26-cı dəqiqə) və İbrahima Vadji (34-cü dəqiqə) fərqləniblər.
Xatırlatma: Baş məşqçisi Kurban Berdıyev olan komandanın təlim-məşq prosesi yanvarın 18-də başa çatacaq.
© Copyright 2026, All Rights Reserved