"Turan Tovuz"un qapıçısı milli komandasına dəvət aldı
Tacikistan millisinin baş məşqçisi Qoran Stevanoviç 2027-ci il Asiya Kubokunun seçmə mərhələsinin son turu çərçivəsində Filippin yığmasına qarşı keçiriləcək oyun üçün heyəti açıqlayıb.
90plus.az xəbər verir ki, martın 23-də Düşənbədə start götürəcək təlim-məşq toplanışına "Turan Tovuz"un qapıçısı Oleq Baklov da dəvət alıb.
Qeyd: Seçmə mərhələnin A qrupunda Tacikistan – Filippin qarşılaşması martın 31-də keçiriləcək.
© Copyright 2026, All Rights Reserved