"Turan"ın baş məşqçisi qovuldu
Misli Premyer Liqasının 30-cu turunda keçirilən “Turan Tovuz” – “Sabah” qarşılaşmasında mübahisəli an yaşanıb.
90plus.az xəbər verir ki, hazırda davam edən oyunun 20-ci dəqiqəsində “Turan Tovuz”un baş məşqçisi Kurban Berdiyev texniki zonadan uzaqlaşdırılıb.
Hakim Elçin Məsiyev rusiyalı mütəxəssisin sərt etirazına görə ona ardıcıl iki sarı vərəqə göstərərək qırmızı vərəqə ilə cəzalandırıb.
📹 Gərginliyə səbəb olan epizod: https://t.me/doxsanplus/101120
📹 Kurban Berdıyevin qırmızı vərəqə alması:
https://t.me/doxsanplus/101119
📹 “Turan Tovuz” azarkeşləri baş hakim Elçin Məsiyevin qərarına kəskin şəkildə etiraz edir:
https://t.me/doxsanplus/101118
Tovuzda gərginlik davam edir. Elçin Məsiyev bu dəfə “Sabah”ın kapitanı Pavol Şafrankoya “qırmızı” verdi:
https://t.me/doxsanplus/101124
“Sabah”ın azlıqda qalmasına səbəb olan epizod: https://t.me/doxsanplus/101125
© Copyright 2026, All Rights Reserved