Türkiyə 24 il sonra yenidən Dünya Çempionatında
2026-cı il FIFA Dünya Çempionatının Avropa zonası pley-off final mərhələsində Kosovanın qonağı olan Türkiyə millisi rəqibini 1-0 hesabı ilə məğlub edərək 24 ildən sonra mundiala vəsiqə qazanıb.
90plus.az xəbər verir ki, görüşdə yeganə qolu 53-cü dəqiqədə Orkun Kökçünün məhsuldar ötürməsindən sonra Kərəm Aktürkoğlu vurub. Bu qələbə Türkiyə millisinin Dünya Çempionatına qayıdışını rəsmiləşdirib.
Qeyd: 2026-cı il Dünya Çempionatı 11 iyun tarixində start götürəcək və təxminən bir ay davam edəcək. Turnir 19 iyulda keçiriləcək final oyunu ilə başa çatacaq. Yarışa Amerika Birləşmiş Ştatları, Kanada və Meksika birgə ev sahibliyi edəcək.
Turnirin oyun cədvəli isə belədir:
* Qrup mərhələsi: 11 iyun – 27 iyun
* 1/16 final: 28 iyun – 3 iyul
* 1/8 final: 4 – 7 iyul
* 1/4 final: 9 – 11 iyul
* Yarımfinal: 14 – 15 iyul
* Üçüncülük oyunu: 18 iyul
Final: 19 iyul (Nyu-York / Nyu-Cersi)
© Copyright 2026, All Rights Reserved