Türkiyə Futbol Federasiyasından İsrailə boykot çağırışı

TFF prezidenti İbrahim Hacıosmanoğlu FIFA, UEFA və bütün milli federasiyalara İsrail ilə bağlı məktub göndərib.
90plus.az xəbər verir ki, Türkiyə Futbol Federasiyasının prezidenti İsrail haqqında bu sözləri işlədib:
“Özlərini mədəni dəyərlərin və sülhün müdafiəçisi kimi təqdim etmələrinə baxmayaraq, idman dünyası və futbol qurumları çox uzun müddətdir ki, susqun qalıb.
Artıq FIFA və UEFA-nın hərəkətə keçmə zamanı çatıb.
İsrail bütün idman yarışlarından dərhal kənarlaşdırılmalıdır."
🔗Anadolu Agency
© Copyright 2025, All Rights Reserved