Türkiyə futbolu çalxalanır - Mərc skandalı
Türkiyə futbolunda ciddi qalmaqal yaşanır.
90plus.az xəbər verir ki, hakimlər və klub rəhbərlərinin mərc oyunlarına qarışdığı iddiaları ölkə idman gündəminə çevrilib.
Məlumata görə, 571 aktiv hakimdən 371-nin mərc hesabı mövcuddur. Onlardan 152-si isə hər həftə aktiv şəkildə mərc oynayır.
Son 5 mövsümdə Super Liqada çıxış edən 10 hakim 10 mindən çox mərc əməliyyatı həyata keçirib. Hətta bir hakimin 18 min 227 dəfə mərc oynadığı bildirilir.
Qalmaqalla bağlı yayılan digər iddialara əsasən, klub rəhbərlərindən biri 3057 dəfə mərc oynayaraq klubuna böyük məbləğdə gəlir qazandırıb və həmin pullarla yüksək səviyyəli transferlər reallaşdırıb.
Hadisə Türkiyə Futbol Federasiyası və hüquq-mühafizə orqanları tərəfindən araşdırılır.
© Copyright 2025, All Rights Reserved