Türkiyə klubu "Qarabağ"ın futbolçusunu istəyir
“Qarabağ”ın futbolçusu Emmanuel Addai gələcək karyerasını Türkiyədə davam etdirə bilər.
90plus.az xəbər verir ki, Türkiyə Super Liqasında mübarizə aparan “Konyaspor” qanalı oyunçunu transfer etməyi düşünür. Lakin hazırda Addai klubun əsas transfer hədəfi sayılmır.
Konya təmsilçisi eyni zamanda “Eyüpspor”un hücumçusu Prins Ampemlə danışıqlar aparır. Bu transfer baş tutmasa, “Konyaspor” diqqətini “Qarabağ”ın 24 yaşlı cinah oyunçusuna yönəldə bilər. Emmanuel Addainin “Qarabağ”la müqaviləsi mövsümün sonunda başa çatır.
© Copyright 2026, All Rights Reserved