Türkiyə klubu rusiyalı hücumçu aldı
“Kayserispor” Fedor Çalovun transferini rəsmiləşdirdi.
90plus.az xəbər verir ki, Trendyol Super Liqa təmsilçisi “Kayserispor” PAOK klubunda çıxış edən rusiyalı mərkəz hücumçusu Fedor Çalovu heyətinə qatıb.
Sarı-qırmızılı klubun sosial şəbəkə hesabında yayımlanan açıqlamada 27 yaşlı futbolçu ilə mövsümün sonuna qədər müqavilə imzalandığı bildirilib.
Günorta saatlarında Kayseriyə gələn Çalov klubun bazasına yollanaraq texniki heyət və yeni komanda yoldaşları ilə tanış olub.
© Copyright 2026, All Rights Reserved