Türkiyə millisinin futbolçusu ata oldu

Keçən ilin may ayında Parisdə ailə quran tanınmış türkiyəli aktrisa Melisa Aslı Pamuk və futbolçu Yusuf Yazıcı valideyn olublar.
90plus.az xəbər verir ki, bu xəbəri Yusuf Yazıcı sosial media hesabında paylaşıb.
Türkiyə millisinin futbolçusu övladının 29 yanvarda, yəni öz ad günündə dünyaya gəldiyini bildirib.
"Ən gözəl doğum günü hədiyyəsi", – deyə o, paylaşımında qeyd edib.
Aktrisa isə bu paylaşıma ürək emojisi ilə reaksiya verib.
Bu da Yusuf Yazıcının paylaşımı:
İlk dəfə valideyn olmağın sevincini yaşayan cütlük körpələrinin adını hələlik açıqlamayıb.
Xatırlatma: Melisa Aslı Pamuk "Miss Türkiyə 2011" gözəllik müsabiqəsinin qalibi olub.
© Copyright 2025, All Rights Reserved