Türkiyə Super Kubokunda yarımfinal cütləri bəlli oldu
Türkiyə Super Kuboku oyunlarının tarixləri və keçirilmə məkanları artıq müəyyənləşib.
90plus.az xəbər verir ki, yarımfinal qarşılaşmaları 2025-ci il yanvarın 5-də Qaziantepdə, 6-da isə Adanada oynanılacaq. Final matçı isə yanvarın 10-da İstanbulda, Atatürk Olimpiya Stadionunda baş tutacaq.
Yarımfinal mərhələsində “Qalatasaray” “Trabzonspor”la, “Fənərbağça” isə “Samsunspor”la qarşılaşacaq. Oyunların hansı şəhərdə keçiriləcəyi püşkatmanın nəticəsinə əsasən müəyyən olunacaq.
Qeyd: Türkiyə Super Kuboku tarixində ilk dəfə olaraq turnir 4 komandanın iştirakı ilə təşkil edilir.
© Copyright 2026, All Rights Reserved