Türkiyəli futbolçu 502 gün sonra yenidən yaşıl meydanlarda

90plus.az xəbər verir ki, 2024-cü ilin iyun ayında İtaliya ilə Türkiyə milli komandaları arasında keçirilən yoldaşlıq oyununda ağır zədələnən Ozan Kabak uzun fasilədən sonra rəsmi oyuna çıxaraq futbol həyatına qayıtdı.
4 iyun 2024-cü il tarixində baş tutan qarşılaşmada ön çarpaz bağlarından zədələnən və əməliyyat olunan milli müdafiəçi düz 502 gün sonra meydana çıxdı.
25 yaşlı futbolçu Almaniya Bundesliqasında baş tutan “Sankt Pauli” – “Hoffenhaym” oyununda 86-cı dəqiqədə meydana daxil olaraq rəsmi matçlarda yenidən forma geydi. Ozan Kabak Haydarinin yerinə oyuna qoşuldu.
Qarşılaşma “Hoffenhaym”ın üstünlüyü ilə yekunlaşdı. Komanda səfərdə rəqibini 3:0 hesabı ilə məğlub etdi. Qolları isə Ture, Kramariç və Prömel vurdu.
© Copyright 2025, All Rights Reserved