Türkiyəli futbolçu sevgilisinə evlənmə təklifi etdi
Fərdi Kadıoğlu təxminən iki ildir eşq yaşadığı 28 yaşlı hollandiyalı gözəllik mütəxəssisi Sera Vrijə evlilik təklifi edib.
“Sonsuzadək və həmişə”
90plus.az xəbər verir ki, futbolçu sosial media hesabından paylaşım edərək, “Sən və mən, sonsuzadək və həmişə” ifadələrini işlədib.
Türkiyəli futbolçunun bu paylaşımı çox sayda bəyənmə və şərh alıb.
Əməliyyat olunmuşdu
“Brayton” klubunda çıxış edən Fərdi Kadıoğlu əməliyyat olunmuşdu.
25 yaşlı futbolçu sosial media hesabından verdiyi açıqlamada, sol ayağının baş barmağından əməliyyat keçirdiyini bildirib.
Türkiyəli futbolçu qoltuq ağacları ilə paylaşdığı şəklə, “Sağalma prosesim başladı, əvvəlkindən daha güclü qayıdacağam” qeydi əlavə edib.
8 oyunda meydana çıxdı
Yay transfer dönəmində “Fənərbağça” klubundan İngiltərənin “Brayton” klubuna transfer olunan Fərdi indiyədək ümumilikdə 8 rəsmi oyunda forma geyinərək 445 dəqiqə meydanda olub.
© Copyright 2025, All Rights Reserved