Türkiyəli hakim zədələnib oyunu yarımçıq tərk etdi

UEFA Millətlər Liqasının pley-off mərhələsinin cavab oyunlarında İrlandiya - Bolqarıstan qarşılaşmasının (2:1) hakimi matçı sona qədər idarə edə bilməyib.
90plus.az xəbər verir ki, türk referi Halil Umut Meler görüşün 37-ci dəqiqəsində zədə alıb. Müalicə olunduqdan sonra oyuna davam etsə də, fasilə zamanı soyunub-geyinmə otağına gedərkən ilk hissədə aldığı zədənin təsiri səbəbindən ikinci hissədə matçı idarə edə bilməyib.
Qeyd: Matçın ikinci hissəsində Meleri 4-cü hakim Mehmet Türkmen əvəzləyib.
© Copyright 2025, All Rights Reserved