Türkiyəli ulduz dünya çempionatı üçün Bakıya gəlir
Bakıda təşkil olunacaq minifutbol üzrə dünya çempionatının açılış mərasimində Xalq artisti Aygün Kazımova və Türkiyənin məşhur ifaçısı Aleyna Tilki səhnə alacaq.
90plus.az xəbər verir ki, mayın 21-i saat 19:00-da Milli Gimnastika Arenasında keçiriləcək açılışda hər iki müğənni çıxış edəcək.
Açılış tədbirindən sonra isə Azərbaycan və Bəhreyn komandaları arasında oyun baş tutacaq.
Qeyd: Dünya çempionatı 21 may – 1 iyun tarixlərində Bakıda keçiriləcək.
© Copyright 2025, All Rights Reserved