Türklərin istədiyi Conatan David “İnter”ə keçir

“Lill” klubundan ayrılacağını açıqlayan kanadalı hücumçu Conatan Davidin yeni ünvanı məlum olub.
90plus.az xəbər verir ki, uzun müddətdir “Fənərbağça” və “Qalatasaray”ın da yaxından izlədiyi 25 yaşlı forvard A Seriyasına transfer olunmağa hazırlaşır.
“İnter” Conatan Davidin transferi üçün son mərhələyə gəlib. “Napoli” də ulduz futbolçunun xidmətində maraqlı olub, lakin “İnter” artıq aprel ayında oyunçu ilə danışıqlar aparıb və yaxın günlərdə bu keçidin rəsmən açıqlanması gözlənilir.
Conatan David bu mövsüm “Lill”in heyətində 48 rəsmi oyunda meydana çıxıb, 25 qol və 12 məhsuldar ötürmə ilə yadda qalıb. Onun bu performansı Avropa klublarının diqqətini cəlb edib.
Beləliklə, “Fənərbağça” və “Qalatasaray”ın transfer hədəfində olan kanadalı futbolçu üçün yarışdan geri qaldığı görünür.
© Copyright 2025, All Rights Reserved