Tyerri Anri bu gün “Qarabağ”dan xal gözləyir

Tyerri Anri: “Qarabağ” Benfika qarşısında xal qazana bilər".
90plus.az xəbər verir ki, “Qarabağ” bu gün Çempionlar Liqasının Liqa mərhələsində səfərdə Portuqaliya təmsilçisi “Benfika” ilə üz-üzə gələcək.
Fransanın əfsanəvi futbolçusu və hazırda CBS Sports kanalında ekspert kimi fəaliyyət göstərən Tyerri Anri qarşılaşma öncəsi diqqətçəkən açıqlama verib. O, Ağdam klubunun bu oyunda xal qazanacağına inandığını bildirib:
“İki komandadan sürpriz gözləyirəm. Biri ‘Qarabağ’, digəri isə ‘Marsel’. Bu iki komandanın səfərdən 1 xalla qayıdacağını düşünürəm”.
Xatırlatma: “Qarabağ” 8 ildən sonra yenidən Çempionlar Liqasının əsas mərhələsində çıxış edir. Bu gün saat 23:00-da səfərdə "Benfika" ilə üz-üzə gələcək.
© Copyright 2025, All Rights Reserved