Tyerri Anri: “Lentim Azərbaycan bayraqları ilə dolmuşdu”

Tyerri Anri: “Bu həftə lentim Azərbaycan bayraqları ilə dolu idi”.
90plus.az xəbər verir ki, Fransa millisinin sabiq ulduzu Tyerri Anri “Qarabağ” və Azərbaycan haqqında fikirlərini bölüşüb.
Əfsanəvi futbolçu sosial şəbəkələrdə böyük dəstək gördüyünü deyib:
“Bu həftə sosial şəbəkələrdə mənim lentim Azərbaycan bayraqları ilə dolu idi. Yuxudan oyananda minlərlə mesaj gördüm. Mən sadəcə həqiqəti deməyə çalışırdım. ‘Qarabağ’ həqiqətən güclü komandadır. Onlar həm topla, həm də topsuz çox yaxşıdırlar. Əsas gücləri də məhz budur”.
Anrinin proqnozu belə idi:
Tyerri Anri “Benfika 2 – 3 Qarabağ” matçından əvvəl Azərbaycan komandasının sürpriz edəcəyini bildirmişdi.
“Benfika böyük komanda olsa da, ‘Qarabağ’ın sürpriz etmə şansı var. Məncə, oyun 1:1 hesabı ilə başa çata bilər”.
© Copyright 2025, All Rights Reserved