Təzəcə müqavilə imzalamış məşhur belçikalı həbs olundu

Belçika millisinin keçmiş futbolçusu, bir vaxtlar "İnter" və "Roma" klublarında çıxış etmiş Raca Nainqqolan həbs olunub.
90plus.az xəbər verir ki, futbolçu narkotik alverində şübhəli bilinərək Brüssel polisi tərəfindən saxlanılıb.
O, beynəlxalq narkotik ticarətində iştirak etməkdə ittiham olunur.
Belçikalı futbolçunun Cənubi Amerikadan Avropaya gətirilən kokainin Antverpen limanına çatdırılmasında mümkün iştirakı ilə bağlı araşdırma aparılır.
Mənbə: Het Nieuwsblad
Qeyd: Nainqqolan yaxın günlərdə Belçikanın II divizionunda çıxış edən "Lokeren-Thamse" klubu ilə müqavilə imzalamışdı.
© Copyright 2025, All Rights Reserved