"Udineze"nin futbolçusu "Yuventus"un marağında
“Udineze”nin yarımmüdafiəçisi Artur Atta İtaliyada klubunu dəyişə bilər.
90plus.az xəbər verir ki, “Yuventus” fransalı futbolçunu heyətinə qatmaqda maraqlıdır. Bu barədə yerli mətbuat məlumat yayıb.
“Ağ-qaralar” 22 yaşlı oyunçunu yanvar ayında transfer etməyi planlaşdırır.
Qeyd: “Udineze” Artur Attanı mövsümün əvvəlində “Mets”dən 8 milyon avroya transfer edib. O, A Seriyası klubunun heyətində 9 rəsmi matçda 2 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
© Copyright 2025, All Rights Reserved