“Udineze”nin qapıçısı mərc fırıldağına görə polis istintaqında!

“Udineze”nin qapıçısı Maduka Okoye sarı vərəqə qalmaqalına görə istintaqdadır, onu ciddi cəza gözləyir.
90plus.az xəbər verir ki, Okoye 2024-cü il martın 11-də A Seriyasında “Latsio” ilə keçirilən matçda aldığı sarı vərəqəyə görə federasiya prokuroru tərəfindən idman fırıldağında şübhəli bilinərək araşdırılır (📰:Corriere dello Sport).
Hadisə qarşılaşmanın 64-cü dəqiqəsində baş verib. O vaxt “Udineze” 2:1 hesabı ilə öndə idi və Okoye vaxtı uzatdığı üçün hakim Aureliano tərəfindən sarı vərəqə ilə cəzalandırılmışdı.
Şübhə doğuran əsas məsələ həmin vərəqəyə bağlı qeyri-adi mərc hərəkətləri olub. İddialara görə, Okoye bu hadisəni əvvəlcədən planlaşdırılmış şəkildə edib və bu plan onun Udinedə pizzaxana sahibi olan tanışı vasitəsilə həyata keçirilib. Bu mərc nəticəsində 8 qat qazancla 120 min avrodan çox vəsait əldə olunub, əsasən də Udine əyalətində yerləşən sabit mərc məntəqələri vasitəsilə.
Hazırda Okoye fırıldaq məqsədilə gizli əməkdaşlıq ittihamı ilə Udine polisinin istintaqındadır. İdman hüququ baxımından isə onu 4 ilədək diskvalifikasiya gözləyə bilər.
Qeyd: Bu cür idman fırıldaqları İtaliya İdman Nizamnaməsinin 24-cü maddəsində göstərilən digər mərc pozuntularından fərqli olaraq, razılaşma yolu ilə həll edilə bilməz və çox ciddi cinayət kimi qiymətləndirilir.
Araşdırmalar davam edir və iş xüsusi nəzarətdə saxlanılır.
© Copyright 2025, All Rights Reserved