UEFA “Barselona”nın şikayətini qəbul etmədi
UEFA-dan “Barselona”ya cavab: şikayət qəbul olunmadı.
90plus.az xəbər verir ki, Avropa futbol qurumu UEFA “Barselona”nın hakim qərarı ilə bağlı etdiyi şikayətə rəsmi münasibət bildirib.
Qurumun açıqlamasına əsasən, “Barselona” klubunun ötən həftə “Atletiko Madrid” ilə keçirilən oyundan sonra etdiyi etiraz “qəbuledilməz” hesab olunub.
Məsələ 8 aprel 2026-cı il tarixində baş tutan UEFA Çempionlar Liqasının 1/4 final mərhələsinin ilk oyunu ilə bağlıdır. Həmin qarşılaşmadan sonra “Barselona” hakim qərarlarından biri ilə razılaşmayaraq rəsmi şikayət təqdim etmişdi (0:2).
Lakin UEFA-nın Nəzarət, Etika və İntizam Orqanı 13 aprel 2026-cı il tarixində çıxardığı qərarda bu müraciətin prosedur baxımından uyğun olmadığını bildirib və nəticədə şikayətə baxılmayıb.
Beləliklə, katalon klubunun etirazı hüquqi qüvvə qazanmayıb və oyunun nəticəsi dəyişməz olaraq qalır.
© Copyright 2026, All Rights Reserved