UEFA bu millini cərimələdi
Ukrayna Futbol Assosiasiyası (UFA) 2026-cı il dünya çempionatının seçmə mərhələsində baş verən intizam qaydası pozuntularına görə UEFA tərəfindən rəsmi şəkildə cəzalandırılıb.
90plus.az xəbər verir ki, Ukrayna – İslandiya (2:0) matçından sonra UEFA quruma 19 min avro həcmində cərimə kəsib. Bu sanksiyaya azarkeşin meydana daxil olması və tribunada pirotexniki vasitələrin yandırılması səbəb olub.
Digər cərimə isə Avro-2024-ün pley-off mərhələsində Bosniya və Herseqovina ilə oynanılan görüşlə bağlıdır. Həmin oyun zamanı stadionda açılan “Rusiya terrorist dövlətdir” məzmunlu bannerə görə UFA əlavə cərimə ödəyəcək.
Xatırlatma: Ukrayna yığması 2026-cı il dünya çempionatının seçmə pley-offunda növbəti oyununu 26 mart tarixində İsveç millisinin əleyhinə keçirəcək.
© Copyright 2026, All Rights Reserved