UEFA-da mövqeyimiz dəyişmədi
Bu həftə UEFA-nın təşkil etdiyi oyunlardan sonra Azərbaycanın UEFA reytinqindəki mövqeyində dəyişiklik baş verməyib.
90plus.az xəbər verir ki, III təsnifat mərhələsinin ilk qarşılaşmalarından sonra Azərbaycanın xalı 19.000-ə yüksəlib və ölkəmiz 28-ci pillədə yer alıb.
Ukrayna 19.600 əmsalla 27-ci sırada, Rusiya isə 18.299 xalla 29-cu yerdə qərarlaşıb.
Bu həftə Azərbaycan klublarından "Qarabağ" Çempionlar Liqasının III təsnifat raundunun ilk oyunu çərçivəsində səfərdə Şimali Makedoniyanın "Şkendiya" komandasını 1:0 hesabı ilə məğlub edib. "Sabah" isə UEFA Konfrans Liqasının III təsnifat mərhələsində Bolqarıstanın "Levski" klubu ilə qarşılaşıb və 0:1 hesabı ilə məğlub olub. "Araz-Naxçıvan" isə paytaxtda keçirilən oyunda Kiprin "Omoniya" komandası ilə qarşılaşıb və 0:4 hesabı ilə uduzub.
Qeyd: UEFA reytinq cədvəlində lider mövqe İngiltərəyə məxsusdur – 94.839 xal.
© Copyright 2025, All Rights Reserved