UEFA-dan Azərbaycanlı hakimlərə təlim

UEFA-nın “Center of Refereeing Excellence” (CORE) proqramı həyata keçirilib.
90plus.az xəbər verir ki, gənc və perspektivli hakimlərin inkişafını dəstəkləmək məqsədilə UEFA tərəfindən təşkil olunan proqramda Azərbaycanı AFFA Hakimlər Departamentinin rəhbəri və mentor Ömər Paşayev, baş hakim Tural Qurbanov və köməkçi hakim Asiman Əzizli təmsil edib.
Bu barədə məlumat AFFA-nın rəsmi saytında yayımlanıb.
Proqram çərçivəsində Ömər Paşayev Gürcüstan və Farer adalarından olan gənc hakimlərin 6 aylıq hazırlıq dövründən sonra keçirilən imtahanlarında iştirak edib. Gənc hakimlərimiz CORE 60 layihəsi çərçivəsində intensiv hazırlıqdan keçiblər. İmtahanlarda müvəffəqiyyət göstərən hakimlər UEFA tərəfindən sertifikatlarla təltif olunublar.
Qeyd: CORE proqramı Avropanın müxtəlif ölkələrindən seçilmiş gənc hakimlərin peşəkar inkişafına və beynəlxalq səviyyədə daha keyfiyyətli fəaliyyət göstərməsinə imkan yaradır.
© Copyright 2025, All Rights Reserved