UEFA-dan İngilis klublarına rədd
UEFA növbəti mövsüm üçün UEFA Çempionlar Liqasında iştirak ərizələrinin sayını dəyişməmək qərarına gəlib.
90plus.az xəbər verir ki, İngiltərə klubları heyətə 28 futbolçunun daxil edilməsinə icazə verilməsini istəsələr də, qurum bu təklifi qəbul etməyib. Beləliklə, hazırkı qaydaya əsasən limit 25 oyunçu olaraq qalacaq.
Məlumata görə, bu məsələ 2027/28 mövsümü ərəfəsində yenidən müzakirəyə çıxarıla bilər.
Qeyd: Mövcud limitin saxlanmasını İspaniya klubları da dəstəkləyib. Xüsusilə "Atletiko Madrid", "Sevilya" və "Real Sosyedad" bu mövqedə yer alıb. La Liqa təmsilçiləri hesab edir ki, İngiltərə klubları maliyyə üstünlüyündən istifadə edərək daha böyük heyətlə rəqabətdə üstünlük qazana bilər.
© Copyright 2026, All Rights Reserved