UEFA-dan "Yuventus"a FFP araşdırması – klub yenidən hədəfdə

UEFA İtaliyanın məşhur futbol klubu "Yuventus" barəsində Maliyyə Fair Play (FFP) qaydalarını pozduğu şübhəsi ilə rəsmi araşdırmaya başladığını açıqlayıb.
90plus.az xəbər verir ki, "Yuventus" 2025-ci il maliyyə hesabatlarında qeydə alınan uyğunsuzluqlar səbəbilə qurumun diqqətinə düşüb. Qurum klubun gəlir və xərcləri arasında şəffaflıq prinsipinə riayət edib-etmədiyini araşdıracaq.
UEFA-nın ilkin məlumatlarına görə, "Yuventus"un təqdim etdiyi maliyyə sənədlərində potensial saxtakarlıq və ya məlumatların gizlədilməsi halları müşahidə olunub. Əgər araşdırma nəticəsində qayda pozuntuları sübuta yetirilərsə, klub müxtəlif cəzalara məruz qala bilər. Bunlara pul cəriməsi, yaxud daha ciddi halda Avropa turnirlərindən kənarlaşdırma kimi tədbirlər daxildir.
Hələ 20 yaşı olmasına baxmayaraq, Kenan Yıldız bu mövsüm "Yuventus"un əsas oyunçularından biri hesab olunur və komandada mühüm yer tutur. Lakin klubun içində olduğu bu vəziyyət onun və komanda yoldaşlarının gələcəyinə də təsir göstərə bilər.
UEFA-nın verdiyi məlumata əsasən, araşdırmanın yekun nəticəsi 2026-cı ilin yaz aylarında elan olunacaq.
© Copyright 2025, All Rights Reserved