UEFA Gənclər Liqası: “Sabah - Nant” oyunu aldı
“Sabah” U-19 komandamız mübarizəni dayandırdı.
90plus.az xəbər verir ki, “Sabah”ın U-19 komandası UEFA Gənclər Liqasında növbəti matçına çıxıb. İkinci təsnifat mərhələsinin cavab görüşündə təmsilçimiz Fransanın “Nant” klubunu qəbul edib.
“Bank Respublika Arena”da keçirilən qarşılaşma qonaqların 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Fransız komandasının hər iki qolunu penalti zərbəsindən Dabo vurub (17 və 76-cı dəqiqələr). “Sabah” son dəqiqələrdə Anar Hüseynovun vurduğu qolla fərqi minimuma endirib, lakin bu, nəticəni dəyişməyə kifayət etməyib.
Beləliklə, “Sabah” U-19 UEFA Gənclər Liqasını bu mərhələdə tərk edib. Oyuna serbiyalı hakimlər briqadası idarə edib, dördüncü hakim funksiyasını isə azərbaycanlı Tural Qurbanov yerinə yetirib.
© Copyright 2025, All Rights Reserved