UEFA əlavə vaxtı yığışdırır
UEFA rəhbərliyi avrokuboklarda əsas mərhələlərdə (liqa mərhələsindən sonrakı) əlavə hissələr qaydasını ləğv etməyə hazırlaşır.
90plus.az bildirir ki, bu baş verərsə, əsas mərhələ oyununda iki görüşün cəmində bərabərlik olarsa, komandalar əlavə hissələr oynamadan birbaşa penaltilərə yollanacaq.
Bu qərar alınsa belə, 2027-ci ildən tez tətbiq edilməsi gözlənilmir. Belə ki, UEFA-nın hazırkı TV yayım müqaviləsi buna imkan vermir.
Mənbə: The Guardian
© Copyright 2026, All Rights Reserved