UEFA-nın kursları Naxçıvanda keçirildi

AFFA ilə Naxçıvan Futbol Federasiyasının (NFF) birgə təşəbbüsü nəticəsində Naxçıvan şəhərində UEFA C kateqoriyası üzrə təlim kursunun dördüncü və yekun mərhələsi baş tutub.
90plus.az xəbər verir ki, məşqçilər üçün nəzərdə tutulmuş yazılı və şifahi imtahanlardan əvvəl Naxçıvan Dövlət Universitetinin tibb kafedrasında keçirilən ilkin tibbi yardım mövzusunda seminarda iştirak edənlərə sertifikatlar təqdim edilib.
NFF nümayəndələri kurs iştirakçılarına uğurlar diləyib, AFFA rəhbərliyinə Naxçıvan futboluna göstərilən xüsusi diqqət və əməkdaşlığa görə minnətdarlıqlarını bildiriblər. Qeyd olunub ki, futbolun inkişafı və daha geniş yayılması məqsədilə bu əməkdaşlığın gələcəkdə də davam etdirilməsi nəzərdə tutulur.
© Copyright 2025, All Rights Reserved