UEFA prezidenti şikayətlərə cavab verdi
UEFA prezidenti Aleksander Çeferin komandaların sıx oyun qrafiki barədə fikirlərini bölüşüb.
90plus.az xəbər verir ki, o, həm klubların, həm də milli komandaların bu vəziyyətə uyğunlaşmalı olduğunu bildirib:
“Milli komandalar üçün beynəlxalq turnirlər keçirilməsə, yalnız 3 həftəlik yay fasiləsi qalacaq. Bəzi insanlar bizdən beynəlxalq oyunların sayını azaltmağımızı istəyir. Amma İngiltərədə iki ölkə kuboku var və onlar heç birindən imtina etməyə razı deyillər”, – deyə Çeferin qeyd edib.
UEFA rəhbəri əlavə edib ki, bəzi klublar və futbol assosiasiyaları əksinə, daha çox gəlir əldə etmək məqsədilə oyun sayının artırılmasının tərəfdarıdırlar:
“Bəziləri daha çox qazanc üçün daha çox qarşılaşmanın keçirilməsini istəyir. Biz isə burada “qızıl orta”nı tapmışıq və hər iki tərəfin maraqlarını nəzərə alaraq balans yaratmalıyıq.”
Xatırlatma: İngiltərə və İspaniyanın bir sıra aparıcı klublarının baş məşqçiləri, o cümlədən “Mançester Siti”nin çalışdırıcısı Xosep Qvardiola, oyun qrafikinin həddindən artıq sıx olmasından tez-tez narazılıq edirlər.
© Copyright 2025, All Rights Reserved