UEFA "Qalatasaray"ın müraciətini rədd etdi
UEFA “Qalatasaray”ın sol müdafiəçisi Eren Elmalı ilə bağlı etdiyi apellyasiyanı rədd edib.
90plus.az xəbər verir ki, bu qərar “Qalatasaray”ın oyunçusunun UEFA turnirlərində çıxışına məhdudiyyət gətirə bilər.
Yayılan məlumata görə, Elmalı Türkiyə Futbol Federasiyasından aldığı 45 günlük diskvalifikasiya sanksiyasını Avropa səviyyəsində də ləğv etdirmək üçün müraciət etmişdi. Ancaq UEFA bunu qəbul etməyərək, cəzanı qüvvədə saxlayıb.
Bunun nəticəsində Eren Elmalı “Qalatasaray”ın UEFA turnirlərində – o cümlədən “Yunion Sen-Gilloaz” və “Monako” ilə qarşılaşmalarda – meydana çıxa bilməyəcək.
Cari mövsümdə Elmalı “Qalatasaray”ın heyətində bir neçə rəsmi oyunda iştirak edib və komandasına müəyyən töhfələr verib. Bu qərarın klubun turnir performansına necə təsir edəcəyi yaxın günlərdə daha aydın olacaq.
© Copyright 2025, All Rights Reserved