UEFA Qurban Qurbanova post həsr etdi

Çempionlar Liqasının rəsmi səhifəsi Qurban Qurbanovu önə çıxardı.
90plus.az xəbər verir ki, UEFA Çempionlar Liqasının rəsmi “Facebook” səhifəsi “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovla bağlı paylaşım edib.
Paylaşımda qeyd olunub:
“Qarabağ”ın “Benfika” zəfərinin arxasındakı beyin: Qurban Qurbanov!”
Xatırlatma: "Qarabağ” cari mövsümdə Çempionlar Liqasının qrup mərhələsində tarixi uğura imza ataraq Portuqaliya nəhəngi “Benfika” üzərində səfərsə 3-2 hesablı qələbə qazanıb. Bu nəticə Qurban Qurbanovun rəhbərliyi altında komandanın taktiki gücünün və düzgün oyun planının göstəricisi kimi dəyərləndirilir.
© Copyright 2025, All Rights Reserved