"Uest Hem" brazilyalı futbolçusuna vətəninə dönməyə icazə verdi
90plus.az xəbər verir ki, “Uest Hem” klubu rəsmi açıqlama yayaraq Lukas Paketanın “Flamenqo”ya mümkün transferi ilə bağlı şəxsi şərtləri müzakirə etməsinə icazə verildiyini təsdiqləyib.
Məlumata görə, klublar artıq 28 yaşlı futbolçunun transferi üçün 42 milyon avro məbləğində razılığa gəliblər. Lukas Paketa isə “şəxsi və ailəvi səbəblərə görə” Braziliyaya qayıtmaq istədiyini bildirib.
“Klub olaraq Lukasın komandada qalması üçün mümkün olan hər şeyi etdik. Lakin o, ayrılmaq istədiyində israrlı oldu. Bu səbəbdən baş məşqçi və klub rəhbərliyi istəməyərək də olsa, onun transfer tələbinin qəbul edilməsinə razılıq verdi”, – deyə “Uest Hem”in açıqlamasında qeyd olunub.
Futbolçunun şəxsi müqavilə şərtlərinin problem yaratmayacağı gözlənilir. Lukas Paketanın bu həftə “Flamenqo” ilə 5 illik müqavilə imzalaması planlaşdırılır.
© Copyright 2026, All Rights Reserved