Ueyn Runi ten Haqı müdafiə etdi
Ueyn Runi "Mançester Yunayted"in 54 yaşlı danimarkalı çalışdırcısı Erik Ten Haqı müdafiə edib.
90plus.az xəbər verir ki, Runi ten Haqın əla məşqçi olduğunu söyləyib:
“Erik ten Haqın Mançester Yunayted üçün doğru adam olub-olmadığını müəyyən etmək klub sahiblərinin ixtiyarındadır, lakin onun əla baş məşqçi olduğuna əminəm. Çalışdığı bütün klublarda kuboklar qazanıb və burada da uğur qazandı."
"O, çətin vaxtdan keçir və bunu bilir. Ancaq ümid etmək olar ki, o, hər şeyi dəyişəcək.
Qeyd: "Qırmızı Şeytanlar" hazırda 14-cü yerdə gedir. Ötən mövsüm Erik ten Haqın komandası 8-ci pilləni tutub.
© Copyright 2026, All Rights Reserved