UFC döyüşü Bakıda baş tutacaq
İyunun 21-də Bakı Kristal Zalında “UFC Fight Night” baş tutacaq.
90plus.az xəbər verir ki, Azərbaycan ilk dəfə dünyaca məşhur UFC (Ultimate Fighting Championship) turnirinə ev sahibliyi edəcək.
Tədbir UFC, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin birgə əməkdaşlığı ilə təşkil olunacaq. Turnirin əsas qarşılaşmasında UFC yarımağır çəki dərəcəsinin keçmiş çempionu Camal Hill ilə Xəlil Raundtri Jr. üz-üzə gələcəklər.
© Copyright 2025, All Rights Reserved