"Uimbldon" qadınlarda finalın adı bəlli oldu
90plus.az xəbər verir ki, mövsümün üçüncü böyük turniri olan "Uimbldon Qrand-Slam"da qadınlar finalının adı bəlli olub. ABŞ təmsilçisi Amanda Anisimova ilə Polşalı İqa Şvyotek mötəbər turnirin həlledici görüşündə üz-üzə gələcəklər.
İngiltərənin paytaxtı Londonda təşkil olunan yarışın 11-ci günündə keçirilən yarımfinal oyunlarında maraqlı nəticələr qeydə alınıb.
Dünya reytinqində 12-ci sırada yer alan Amanda Anisimova dünya bir nömrəsi olan Arina Sabalenka ilə qarşılaşıb. 23 yaşlı amerikalı tennisçi belaruslu rəqibini 6-4, 4-6 və 6-4 hesablı setlərlə 2:1 məğlub edərək adını finala yazdırıb.
Digər yarımfinalda isə dünya dördüncüsü İqa Şvyotek İsveçrə təmsilçisi Belinda Bençiçlə qarşılaşıb. Polşalı tennisçi rəqibini 6-2 və 6-0 hesablı setlərlə 2:0 məğlub edərək finalda Anisimova ilə qarşılaşmaq hüququ qazanıb.
Qadınlar arasında "Uimbldon Qrand-Slam"ının qalibi 13 iyul şənbə günü keçiriləcək final matçında müəyyənləşəcək.
© Copyright 2026, All Rights Reserved