Ukrayna klubunun bazasına dron hücumu

Dünən axşam saatlarında Odessaya pilotsuz uçuş aparatının hücumundan sonra "Çernomorets" klubunun bazası zərər görüb.
90plus.az bildirir ki, həmin an bazada Odessa komandasının futbolçuları da olub. Onlar çempionat oyununa hazırlaşırmışlar.
Klub rəhbərliyi və məşqçilər heyəti hücumdan dərhal sonra komandanın bazadan təxliyə olunmasına qərar verib. Bundan sonra futbolçular və heyət üzvləri evlərinə yollanıblar. "Çernomorets"in bəzi oyunçuları isə şəhərdəki otellərdən birində qalmağa üstünlük veriblər.
© Copyright 2025, All Rights Reserved