Ümit Karan: “Həbs edilməmişəm”

Türkiyə millisinin keçmiş futbolçusu Ümit Karan həbs olunması ilə bağlı xəbəri yalanlayıb.
90plus.az xəbər verir ki, Karan bununla bağlı videoçarx təqdim edib:
"2015-ci ildən barəmdə cinayət işi var idi. Bu gün vəkilimlə birlikdə ədliyyə orqanında işlərimi həll etdim. Həbs edilməmişəm. Xahiş edirəm, saxta xəbərlərə inanmayın".
Qeyd: Onun yaşadığı binada qadın işçiyə qarşı "sadə cinsi təcavüz" cinayəti ilə 1 il 8 aylıq həbs cəzasına məhkum olunduğu deyilirdi.
© Copyright 2025, All Rights Reserved