Usman Dembele profilinə Qavi ilə fotosunu qoydu
PSJ-nin hücumçusu Usman Dembele Instagram profilinə "Barselona"dakı günlərindən olan fotonu qoyaraq internetdə böyük səs-küyə səbəb olub.
90plus.az xəbər verir ki, fransız ulduz məşq zamanı Qavi ilə yanaşı oturan şəklini yayımlayıb. Səbəbi isə bilinmir.
Dembele həmişə müəmmalı olub, cinah yarımmüdafiəçisi haqda meydandan uzaqda mediaya çox az şey məlumdur.
Bununla belə, biz bilirik ki, Dembele Kataloniyada olduğu müddətdə Qavi ilə yaxın münasibətdə olub. Hətra Qavi 2023-cü ildə "Sevilya"ya qol vuranda dərhal qeyd etmək üçün zədəli Dembelenin yanına qaçmışdı.
Mundo Deportivo nəşri bunun Qavinin bu yay PSJ-yə keçməsi ilə bağlı bir neçə söz-söhbətin olması ilə əlaqəli olduğunu düşünür.
Amma Qavi son vaxtlar startdan başlamadığı üçün üzülmədiyini açıq şəkildə bildirərək, bu fikri əsassız hesab edir. O, həmçinin ilin əvvəlində beş illik müqavilə imzalayıb.
Səbəb yalnız müəmmalı Dembeledədir...
© Copyright 2025, All Rights Reserved