Uzaq Asiya ölkəsində Messiyə 21 metrlik heykəl qoydular
Hindistanda Lionel Messinin 21 metrlik nəhəng heykəli qoyuldu.
90plus.az xəbər verir ki, Hindistanın Qərbi Benqal ştatının Kolkata şəhərində dünyaca məşhur ulduz futbolçu Lionel Messi üçün 21 metr hündürlüyündə nəhəng heykəl inşa edilib. Futbolçunun Dünya Kubokunu qaldırdığı anı əks etdirən bu monumental əsər artıq ziyarətçilərin üzünə açılıb.
Məlumata görə, gələcək günlərdə Lionel Messinin də heykəlin rəsmi açılış mərasiminə qatılması gözlənilir.
Hazırda ABŞ-ın MLS liqasında çıxış edən “İnter Mayami” klubunda forma geyinən Lionel Messi indiyədək 88 rəsmi matçda iştirak edib. Argentina millisinin kapitanı bu oyunlarda 77 qol vurub və 44 məhsuldar ötürmə edib.
© Copyright 2025, All Rights Reserved